Qanlı avqust: hazırlıqlar başladı – VİDEO
Qanlı avqust: hazırlıqlar başladı – VİDEO
13 Avqust 2016 / 8:48 / Baxış sayı: 1604
Font1 Font2 Font3 Font4
Bizimxeber
Rusiya Ukraynanı Krıma diversiya hücumu cəhdində və iki hərbçinin həlak olmasında ittiham edəndən sonra bu yarımadaya iri qoşun birləşmələri və hərbi texnika cəmləşdirir.
Virtualaz.org xəbər verir ki, hərbi analitiklər baş verənləri 2008-ci ilin avqustunda Gürcüstana hərbi müdaxilə və 2014-cü ilin avqustunda Donbasa Rusiya qoşunlarının irimiqyaslı (tanınma nişanı olmadan) hücumu ərəfəsindəki vəziyyətlə müqayisə edirlər.
Life.ru xəbər verir ki, Rusiya Ukraynanı “terrorda” və “diversiya cəhdində” ittiham edəndən sonra Krımda S-400 “Triumf” zenit-raket komplekləri yerləşdirib. Komplekslərin Cənub hərbi dairəsinin Krımda dislokasiya olunmuş 4-cü Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri ordusunun silahlanmasına verildiyi bildirir. Cənub hərbi dairəsi komplekslərn Krıma “Qafqaz-2016” hərbi təlimləri çərçivəsində yeridildiyini açıqlayıb. S-400 “Triumf” kompleksləri 400 kilometr məsafədə və 30 kilometr hündürlükdə hava hədəflərini vurur, o cümlədən yerüstü hədəflərə zərbə endirir.
ABŞ-ın “The Daily Beast” nəşrinin yazdığına görə Pentaqon Rusiyanın Krıma, Ukrayna ilə sərhədə durmadan hərbi texnika və canlı qüvvə cəmləşdirdiyi, o cümlədən Qara dənizdəki donanmanın yüksək döyüş hazırlığı vəziyyətinə gətirildiyi haqda məlumatlara malikdir. Ukrayna Müdafiə Nazirliyi də məlumatları təsdiqləyir. Kerç limanına yan alan bərələrdən bir ucdan zirehli texnika, yanacaqdolduran maşınlar, sanitar maşınları, mühəndis texnikası boşaldılır. Simferepol və Feodosiya limanlarından da analoji xəbərlər gəlir.
Sevastapol yaxınlığında Rusiyanın “Miraj” raket gəmisi gözə dəyib. Bu gəmi 2008-ci ilin avqustunda Gürcüstan sahil mühafizə katerini batırmışdı.
Analitiklərə görə Rusiya ola bilsin ki, Ukraynaya Krımın dəniz hissəsindən desant gəmiləri ilə hücuma keçəcək. Eyni vaxtda Donbass separatçılarının qüvvələri Mariupol şəhəri istiqamətində hücuma keçərək Krıma quru dəhlizinin açılmasına nail olacaq. Rusiya bu cür hərbi kampaniyalar üçün nədənsə avqust ayını seçir və Krım ətrafında baş verənlər növbəti “qanlı avqust”a hazırlıq getdiyi barədə narahatlıqları artırıb.
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə