Qalmaqallı komitəyə yeni aparat rəhbəri təyin edildi
Qalmaqallı komitəyə yeni aparat rəhbəri təyin edildi
23 Avqust 2016 / 18:57 / Baxış sayı: 928
Font1 Font2 Font3 Font4
Bizimxeber
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri dəyişib. APA-nın xəbərinə görə, Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay İbrahimov öz ərizəsi ilə işdən çıxıb. 
Müvafiq əmrlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva Aparat rəhbəri təyin edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov APA-ya faktı təsdiqləyib. Qeyd edək ki, bir müddət əvvəl Oqtay İbrahimov dələduzluqda ittiham olunan Səfər İmanovun yerinə təyin olunmuşdu.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə