Qalmaqallı deputatın adı yenə hallandı
Qalmaqallı deputatın adı yenə hallandı
09 Sentyabr 2016 / 11:26 / Baxış sayı: 1486
Font1 Font2 Font3 Font4
Bizimxeber

Millət vəkili Rüfət Quliyevin rəhbəri olduğu “EUROPEAN TOBACCO Baku” fabriki qiymət artımına yol verib. Faizə pul verməsi ilə bağlı məhkəmə çəkişməsində olan R.Quliyevin növbəti qalmaqalı siqaret bazarında bahalaşma yaratmasıdır.

Yay mövsümündə iki neqativ faktla ölkə rəhbərliyinin diqqət mərkəzinə düşən lənkəranlı deputatın sonuncu addımı da ciddi etirazla qarşılanıb. Xalqı zəhərləyərək milyonlar qazanan millət vəkilinin bizneslə məşğul olmasına “gözün üstə qaşın var” deyən də yoxdur. Halbuki, qanunla deputatın biznes fəaliyyəti qadağandır. Azərbaycanda isə illərdir ki, “EUROPEAN TOBACCO Baku” fabrikinə deputat rəhbərlik edir.  Şirkət “British American Tobacco” və “İmperial Tobacco Group” kimi qlobal şirkətlərlə birgə “Viceroy” və “Prima De Luxe” siqaret brendlərini istehsal edir.

“European Tobacco”nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir. Bu isə R. Quliyevin İdarə Heyətinin sədri olduğu “European Tobacco Baku” ASC-nin həm də inhisarçılıqla məşğul olduğunu göstərir. Buradan belə görünür ki, əslində monopoliyaya qarşı qanunların qəbul edilərək onların reallaşmasına maneə olan məmurlardan biri də məhz Rüfət Quliyevin özüdür. Bildirildiyinə görə o nazirlərin, yüksək çinli məmurların istəyilə parlamentə düşməyi bacarıb.

Yada salaq ki, Azərbaycanda bir sıra siqaretlərin qiyməti 20-40 qəpik civarında artıb. Satış məntəqələrində əvvəlki satış qiyməti 2 manatdan yuxarı olan siqaretlər 30 qəpik, 2 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb. Siqaretlərin qiymətlərində artım olması isə narazılıqla qarşılanıb. Qiyməti bahalaşan siqaretlərin əksəriyyəti deputatın fabrikində istehsal olunur.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə