Qalmaqal: Misir prezidentinin mühafizəçisi Kerrini yoxlamaq istədi
Qalmaqal: Misir prezidentinin mühafizəçisi Kerrini yoxlamaq istədi
05 Sentyabr 2016 / 16:05 / Baxış sayı: 1110
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın dövlət katibi Con Kerri xarici səfərlərində və apardığı danışıqlarda bəlkə indiyədək belə aşağılanmamışdı.

Al Arabiya bildirir ki, Misir prezidenti Əbdel Fəttah əs Sisi ilə görüşə yollanan C.Kerri danışıqların aparıldığı zalın qarşısında qəflətən Misirin dövlət başçısının mühafizəçisi tərəfindən saxlanılıb.

Mühafizəçi Kerridən soruşub: “Sizdə mobil telefon kamera ilədir, ya kamerasız?! Qapalı tədbirdə videoçəkiliş yasaqdır”.

Qısa dialoqun videosu internetdə sürətlə yayılır. Videoda görünür ki, Con Kerri çox hirslənib, mühafizəçi isə ona qıcıqlanıb.

Görüşdən sonra Con Kerri və Əbdel Fəttah əs Sisi Çinin Hançjou şəhərinə, “Böyük İyirmilik” ölkələrinin sammitinə yollanıblar.(milli.az)

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə