Qafqaz Universitetinə tələbə qəbulu olacaqmı?
Qafqaz Universitetinə tələbə qəbulu olacaqmı?
28 İyul 2016 / 11:19 / Baxış sayı: 1686
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bu il adı ətrafında müxtəlif söz-söhbətlər yaranmış Qafqaz Universitetinə də tələbə qəbulu həyata keçiriləcək. Bu barədə Modern.az-a Qafqaz Universitetindən məlumat verilib. Məlumata görə, bu yaxınlarda Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universiteti əvvəlki qaydada tələbə qəbulu apara biləcək.

Universitetdə 29 iyul-10 avqust tarixləri arasında Qafqaz Universitetinə qəbul olmaq istəyən abituriyentlərə ödənişsiz məsləhət xidmətləri göstəriləcək. Xarici tələbələr üçün məsləhət xidmətinin son müraciət tarixi avqust ayının 30-na kimi olacaq.

BANM-ın idarəçiliynə verilməsinə baxmayaraq əvvəlki ixtisasları saxlanılan Qafqaz Universitetinə, hətta humanitar ixtisaslar üzrə də qəbul aparılacaq.

Xatırladaq ki, iyulun 20-də təsisçinin – SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə