Qadınlara siqaret satışı qadağan olundu
Qadınlara siqaret satışı qadağan olundu
24 Oktyabr 2016 / 20:10 / Baxış sayı: 1160
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ötən şənbə günündən etibarən Türkmənistanın dövlət mağazalarında qadınlara siqaret satışının qadağan olduğu barədə elanlar peyda olub. 

Saatlarla növbə gözləyən qadınların əksəriyyəti bunu kassaya yaxınlaşandan sonra satıcılardan öyrənirlər. Satıcılar isə elanın “yuxarının tapşırığı” olduğunu bildirirlər. Aydın olan bir odur ki, belə bir qərar rəsmən verilə bilməz, çünki Türkmənistanda cinsi ayrıseçkilik qanunla yasaqdır.

Aşqabadda dövlət mağazasında siqaret növbəsi

Bəzi ekspertlər belə qərara səbəb kimi bəzi qadınların mağazalardan siqaretin qutusunu 19-20 manata alaraq, sonradan 2-3 qat baha qiymətə satmasını göstərirlər.

Lakin qadınlar hələ də özəl ticarət obyektlərində siqaret ala bilirlər, lakin burada siqaretin 1 qutusunun qiyməti 40-60 manata çatır. Ölkədə ciddi siqaret çatışmazlığı hiss olunur.

Virtualaz.org xatırladır ki, Türkmənistanda “qara bazar”da 1 ABŞ dolları 5-6 manata satılır, rəsmi məzənnə isə 3 manatdan bir qədər artıqdır.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə