Qadın boksçularımız finalda
Qadın boksçularımız finalda
23 Noyabr 2016 / 13:40 / Baxış sayı: 596
Font1 Font2 Font3 Font4
Bizimxeber

İki qadın boksçumuz Avropa çempionatının finalında

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir.

Trend-in məlumatına görə, turnirdə yarımfinalında mübarizə aparan üç Azərbaycan boksçusundan ikisi finala yüksəlib. 54 kiloqram çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova fransalı Delfin Mançinini məğlub edərək Avropa çempionatının finalına çıxıb.

Çempionatda 69 kiloqram çəkidə yarışan Yelena Vıstropova isə rusiyalı Səadət Abdullayeva ilə üz-üzə gəlib. Qalib gələn boksçumuz Avropa çempionatının finalına vəsiqə qazanıb.

Leyla Cavadova (81 kq) isə Türkiyə təmsilçisi Elif Günerə məğlub olub. İdmançımız Avropa çempionatını bürünc medalla başa vurub.

Digər təmsilçimiz Aynur Rzayeva da bürünc medalla kifayətlənib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə