Qaçqınların yaşadığı mərkəzdə özünü partlatmaqla hədələyən adam tutuldu-YENİLƏNİB
Qaçqınların yaşadığı mərkəzdə özünü partlatmaqla hədələyən adam tutuldu-YENİLƏNİB
10 Avqust 2016 / 18:42 / Baxış sayı: 618
Font1 Font2 Font3 Font4
Bizimxeber

Danimarkada özünü partlatmaqla hədələyən naməlum adam polislər tərəfindən həbs olunub.Bizimxeber.az TASSa istinadən bildirir ki, naməlum şəxs  İrandan gəlmiş 22 yaşlı gəncdir.

Xəbər verdiyimiz kimi, naməlum adam Nyunborq şəhərində (cənubi Danimarka) qaçqınların yaşadığı mərkəzin damına çıxıb və özünü partlatmaqla hədələyirmiş.
Mərkəzdəki insanlar evakuasiya edilib. Hadisə yerinə xilasedicilər və polis çağırılıb.
Polis əməkdaşları adamı həbs edə biliblər.

 

***16:17

Danimarkanın Fün adasında bir nəfər qaçqınların yaşadığı mərkəzdə özünü partladacağı ilə hədələyib.

Xarici KİV-in yaydığı məlumata görə, hadisə barədə polisə məlumat verilib.

Təcili olaraq ətrafda yaşayanlar təxliyyə edilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə