“Qaçqın probleminə uzun müddət fikir vermədik”
“Qaçqın probleminə uzun müddət fikir vermədik”
31 Avqust 2016 / 15:12 / Baxış sayı: 926
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bizimxeber.az saytı xarici mediaya istinadən bildirir ki, Almaniya kansleri Anqela Merkel ölkənin miqrant siyasətində səhv etdiklərini etiraf edib. 

“Biz almanlar, bu problemi uzun müddət özümüzdən uzaqlaşdırdıq və məsələnin bütün Avropa səviyyəsində həllinin vacibliyini düşündük”,-alman hökumət rəhbəri bir çox miqrantların ölkəyə 2004 və 2005-ci illərdə gəldiyinə işarə edərək bildirib.

Almaniyanın keçmiş Yuqoslaviya dövlətlərindən gələn qaçqınların əksəriyyətini qəbul etdiklərini xatırladan Merkel indi oxşar proeblemin digər dövlətlər üçün də prioritet problem olduğundan şad olduğunu bildirib.

Bununla belə rəsmi Berlin Aİ-da çoxdan gözlənilən reformun keçirilməsinə müqavimət göstərirdi. Merkel Şenqen zonasının xarici sərhədlərini nəzərdə tuturdu.

Kansler ölkəyə gələn qaçqın axınının nəticələrindən  Almaniya  vətəndaşlarını qorumalı olduğunu vurğulayaraq ” Almaniya hər kəs üçün sevimli və əziz Almaniyadır”,- deyib.

Bizimxeber.az 

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə