Qənirə Ataşova Bakıya qayıtdı
Qənirə Ataşova Bakıya qayıtdı
02 Avqust 2016 / 17:02 / Baxış sayı: 1220
Font1 Font2 Font3 Font4
Bizimxeber
Yayımı dayandırılan ANS TV-nin ABŞ bürosunun rəhbəri, tanınmış jurnalist Qənirə Ataşova Azərbaycana gəlib.
Primetime.az-a daxil olan məlumata görə, onun qayıdışının səbəbi təmsil etdiyi televiziyanın bağlanmasıdır.
Qeyd edək ki, Qənirə ötən il avqust ayında çalışdığı media şirkətinin Amerika bürosuna rəhbər təyin olunmuşdu. Jurnalistin 15 iyulda İstanbulda hərbi çevrilişə edilən cəhddə əlaqəsi olduğu iddia olunan Fətullah Güləndən aldığı müsahibə efirdə yayımlanmasa da, bu qalmaqallı süjet ANS TV-nin lisenziyasının ləğvinə gətirib çıxardı.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə