Qəhvə ömrü uzadır
Qəhvə ömrü uzadır
17 Sentyabr 2016 / 14:40 / Baxış sayı: 714
Font1 Font2 Font3 Font4
Bizimxeber

Alimlər müəyyən ediblər ki, qəhvədən istifadə melanoma xəstəliyinin və digər xəstəliklərə yoluxmanın qarşısını alır, erkən ölüm riskini azaldır.

Gün ərzində ən azı dörd dəfə bu içkidən istifadə edənlər nadir hallarda xərçəngdən, ürək-damar xəstəliklərindən, şəkərli diabetdən və qripin ağırlaşmalarından ölürlər.

Bir qrup alim 90 min könüllünün iştirakı ilə qlobal eksperiment keçirib. Məlum olub ki, qəhvədən gündəlik istifadə edənlər bu içkidən ümumiyyətlə istifadə etməyənlərə nisbətən daha sağlamdırlar.

Gündə 400 mq-a qədər kofein qəbul etmək sağlamlığa zərər toxundurmur, amma onkoloji hüceyrələrin inkişaf etməsini zəiflədir. Ancaq bu, yalnız xərçəngin bir neçə növü üçün keçərlidir.

Hər şeydən öncə, qəhvə içənlər nadir hallarda intihara əl atır. Qəhvə insanı həvəsləndirir, əhval-ruhiyyəsini qaldırır.

ABŞ-da 65% insan hər gün səhər yeməyi zamanı bir fincan qəhvə içir.

Alimlərin fikrincə, 2050-ci ildə qəhvənin miqdarı Yer kürəsində iki dəfə azalacaq, 2080-ci ildə isə qəhvə dənələri tamamilə yox olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə