Pyotr Poroşenko BMT tribunasında Donbasdan danışdı
Pyotr Poroşenko BMT tribunasında Donbasdan danışdı
22 Sentyabr 2016 / 10:21 / Baxış sayı: 206
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda qanunsuz hərbi birləşmələrin 38 min nümayəndəsinin olduğunu bəyan edib. “Report” xəbər verir ki, o bu barədə BMT Baş Assambleyasının ümumi müzakirələri zamanı çıxışında məlumat verib.

“Donbasda qanunsuz hərbi birləşmələrin təqribən 38 min nümayəndəsi var və onların böyük hissəsi Rusiyadan olan muzdurlardır”, – deyə dövlət başçısı bildirib.

Onun sözlərinə görə, bu şişirdilmiş rəqəm deyil, çünki onların ixtiyarında 700-dən çox tank, 1200 min zirehli maşın, mindən çox artilleriya sistemi və 300-dən artıq səyyar formatlı raket buraxılış sistemi var.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə