Putinlə Obamanın görüşü başa çatdı
Putinlə Obamanın görüşü başa çatdı
05 Sentyabr 2016 / 11:10 / Baxış sayı: 576
Font1 Font2 Font3 Font4
Bizimxeber
Çində keçirilən “G20” sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obamanın görüşü  başlayıb.
“RİA Novosti” xəbər verir ki, Rusiya tərəfindən danışıqlarda RF prezidentinin köməkçisi Yuri Uşakov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xarici işlər naziri Sergey Lavrov iştirak edir.
Putin və Obama hər şeydən öncə Suriya və Ukraynanı müzakirə ediblər.
Bir gün əvvəl Rusiya və ABŞ prezidentləri bir neçə dəfə “ayaqüstü” danışıqlar aparıb və bu gün görüşün keçirilməsi haqqında razılığa gəliblər.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Peskov qeyd edib ki, görüş yaxşı keçib, “iş davam edəcək”.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, görüş planlaşdırıldığından uzun sürüb, sonda liderlər təkbətək danışıblar.

Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə