Putin Bişkekə çatdı, hədiyyə də apardı YENİLƏNİB
Putin Bişkekə çatdı, hədiyyə də apardı YENİLƏNİB
16 Sentyabr 2016 / 15:58 / Baxış sayı: 922
Font1 Font2 Font3 Font4
Bizimxeber

Az əvvəl Rusiya prezidenti Vladimir Putinin təyyarəsi MDB sammitinin keçirildiyi Bişkekin hava limanına enib.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Rusiya prezidentinin MDB sammiti çərçivəsində həm genişləndirilmiş görüşdə, həm dar çərçivədə müzakirələrdə iştirak edəcəyi bildirilir.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, sabah sentyabrın 17-də Putin Qırğızıstan prezidenti Almazbek Atambayevlə görüşəcək və 60 illik yubileyi münasibətilə onu təbrik edəcək. Uşakov Putinin Qırğızıstan prezidentinə hədiyyə də hazırladığını deyib.

Jurnalistlər bu hədiyyənin nədən ibarət olduğu haqda Bişkekdə xarici işlər naziri Sergey Lavrovdan soruşublar. “Bu, başqasının sirridir və o qədər şəxsi xarakter daşıyır ki, mən heç bu mövzuya girməyi məsləhət görməzdim”-Lavrov deyib.

“Hədiyyə dövlət səviyyəsində müzakirə olunubmu?”-jurnalistlər israr ediblər.

“Mən təkrar edirəm, dövlət başçılarının təqdim etdiyi hədiyyələr də adi vətəndaşların hədiyyələri qədər intim xarakter daşıyır. Bu mənim sirrim deyil, mənim sürprizim deyil, istənilən hədiyyə sürprizdir. Gəlin bunu müzakirə etməyək”-Lavrov bildirib.

*   *   *15:03

Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin MDB-nin Bişkekdə bu gün keçiriləcək sammitinə gecikir. Qırğızıstan prezidentinin mətbuat xidməti bildirib ki, bunun səbəbi Moskvada “uçuşa əlverişsiz hava şəraiti” üzündən Putinin təyyarəsinin havaya qalxa bilməməsidir. Putinin gecikməsi səbəbindən sammitin başlaması iki saat təxirə salınıb.

Lakin maraqlıdır ki, Rusiya tərəfi prezidentin təyyarəsinin pis hava şəraiti üzündən uçuşa gecikməsi haqda heç bir məlumat yaymayıb. Bir qayda olaraq Putinin təyyarəsi Moskvanın “Vnukovo” areroportundan qalxır. Aerportun saytında uşuşa əlerişsiz hava şəraiti və bu səbəbdən reyslərin gecikməsi barədə heç bir informasiya yoxdur. Eləcə də Moskvada hava şəraiti təlatümlü deyil. Bu dəqiqələrdə Rusiya paytaxtında küləyin sürəti saniyədə cəmi 3 metr, havanın temperaturu +11 dərəcədir, hava buludludur, zəif yağış yağır.

Belə hava şəraiti isə nəinki iri laynerlərin, eləcə də hər hansı hava maşınının uçması üçün maneə deyil. Uçuşa yararsız hava şəraiti əsasən yandan əsən güclü külək, qatı duman, sərt şaxta nəticəsində uçuş-enmə zolağının buz bağlaması üzündən yaranır.

*   *   *13:39

Rusiya paytaxtında hava şəraitinin uçuşa əlverişsiz olması səbəbindən prezident Vladimir Putinin təyyarəsi havaya qalxa bilməyib.

Virtualaz.org xəbər verir ki, bu səbəbdən Qırğızıstanda MDB sammitinin başlaması gecikib. Məlumatı Qırğızıstan prezidentinin mətbuat xidməti yayıb.

MDB sammitinin bu gün yerli vaxtla saat 16-da başlaması planlaşdırılmışdı. Sammitdə iştirak üçün Qazaxıstan, Belarus, Ermənistan, Azərbaycan və Tacikistan prezidentləri artıq Bişkekə gediblər. Habelə Moldova baş naziri və Özbəkistan xarici işlər naziri sammitə qatılmaq üçün Bişkekdədir.

Lakin Putinin gecikməsi səbəbindən sammit axşam saat 18-ə təxirə salınıb. “Sammit Bişkek vaxtı ilə saat 18.00-a təyin olunur. Bu, Rusiya prezidenti Vladimir Putinin təyyarəsinin gecikməsi ilə bağlıdır. Onlarda hazırda uçuşa əlverişsiz hava şəraiti var”-mətbuat xidməti bildirib.

Lakin Moskvada hava şəraitinin pisləşməsi və Putinin təyyarəsinin qalxa bilməməsi haqda Rusiya mənbələrində heç nə deyilmir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə