Putinin reportajında əfsanəvi “Mixaylo”dan danışıldı
Putinin reportajında əfsanəvi “Mixaylo”dan danışıldı
31 İyul 2016 / 17:10 / Baxış sayı: 1964
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiyanın “Birinci kanalı” Azərbaycanın igid oğlu Mehdi Hüseynzadədən danışıb.

Oxu.az bildirir ki, reportaj RF prezidenti Vladimir Putinin Sloveniyaya səfəri çərçivəsində hazırlanıb.

“Bu tarixi nə yenidən yazmaq, nə də silmək olar. Birinci Dünya müharibəsində Sloveniya ərazisində 40 min, İkinci Dünya müharibəsində isə təkcə Maribor şəhərindəki əsir düşərgəsində Qızıl Ordunun 5 min hərbçisi olub. Buradan qaçanlar isə partizan dəstələrinə qoşulurdular. Onlardan biri Mixaylo ləqəbli əfsanəvi partizan Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq ordusunun sıralarında döyüşürdü. Unudulmaz qəhrəmanın şərəfinə Sloveniyada abidə də ucaldılıb”, – süjetdə deyilir.

Bizimxeber.az 

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə