Putinin adaşı Krımda yaşayır
Putinin adaşı Krımda yaşayır
06 Oktyabr 2016 / 16:59 / Baxış sayı: 846
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya prezidenti Vladimir Putinin yeni adaşı ortaya çıxıb.

Krım Dövlət Registr Komitəsinin sədri Aleksandr Spiridonov bildirib ki, Rusiya prezidentinin adaşı Vladimir Putin komitəyə xidmətlə bağlı müraciət edib.

Virtualaz.org xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Məlum oldu ki, bu bizim krımlı Putin Cankoy rayonundandır. Adaş da prezident Putinlə eyni ayda – oktyabrda doğulub”, – deyə Spiridonov bildirib.

Komitə sədri həmçinin qeyd edib ki, prezidentin adaşı daşınmaz əmlakın obyekti üzrə texniki sənədləşdirməyə dəyişikliklərin edilməsi üçün ərizəylə onların idarəsinə müraciət edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə