Putin Xarici Kəşfiyyat Xidmətinə Narışkini rəhbər təyin etdi
Putin  Xarici Kəşfiyyat Xidmətinə Narışkini rəhbər təyin etdi
23 Sentyabr 2016 / 9:24 / Baxış sayı: 282
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya prezidenti Vladimir Putin sentyabrın 22-də Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fradkovun təqaüdə çıxması ilə bağlı vəzifəsindən azad edilməsi ibarədə fərman imzalayıb.

Bu barədə Kremlin saytı məlumat yayıb.

Onun yerinə Dövlət Dumasının spikeri Sergey Narışkin təyin olunub.

Qərar oktyabrın 5-dən qüvvəyə minir.

*   *   *20:58

Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasının keçmiş sədri Sergey Narışkinə Xarici Kəşfiyyat Xidmətinin sədri vəzifəsini təklif edib.

Virtualaz.org bildirir ki, bu barədə RİA-Novosti məlumat yayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə yaxın vaxtlarda V.Putinin müvafiq fərman imzalayacağını bildirib: “Hazırda Xarici Kəşfiyyat Xidmətinin sədri olan Mixail Fradkovun “Rusiya Dəmir Yolları” Direktorlar Şurasının rəhbəri vəzifəsinə təyin olacağı gözlənilir. Putin Sergey Narışkinə Xarici Kəşfiyyat Xidmətinin sədri vəzifəsini təklif edib”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə