Putin: “Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir”
Putin: “Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir”
09 Avqust 2016 / 16:54 / Baxış sayı: 646
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

O, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: “Biz dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın bu məsələdəki mövqeyinə görə çox məmnun olduğunu bildirib. O qeyd edib ki, Türkiyə xalqı çevrilişə qarşı olduğunu avqustun 7-də keçirilən demokratiya mitinqində bir daha nümayiş etdirib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə