Putin qlobal millətçiliyin xaç atasıdır- Hillari Klinton
Putin qlobal millətçiliyin xaç atasıdır- Hillari Klinton
26 Avqust 2016 / 14:45 / Baxış sayı: 1406
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avqustun 25-də Nevada ştatında seçiciləri ilə görüşdə ABŞ prezidentliyinə namizəd Hillari Klinton Vladimir Putini “qlobal millətçiliyin xaç atası” adlandırıb. Bizimxeber.az saytı məlumat verir ki, bu barədə the Washington Post nəşri xəbər verib. 

Seçiciləri ilə görüşündə rəqibi Donald Trampı da unutmayan xanım Hillari onu irqçilikdə günahlandıraraq qeyd edib ki, əgər Tramp prezident seçilərsə ABŞ vətəndaşlarının azadlığı dərilərinin rəngindən çox asılı ola bilər. Buna əlavə olaraq xanım Klinton özünün prezident seçiləcəyi təqdirdə Birləşmiş Ştatların milliyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni cür xidmət edəcəyini bildirib.

Amerikadakı irqçilikdən danışarkən xanım namizəd millətçiliyin qlobal problemə çevrildiyindən danışıb. Qlobal millətçiliyin xaç atası kimi isə Rusiyanın prezidenti Vladimir Putinin adını çəkib.

Klintonun fikrincə Tramp həm də rusiyayönlü siyasət apardığı və Putinin tez-tez təriflədiyi üçün də təhlükəlidir.

“Trumandan Reyqana kimi bütün ABŞ prezidentləri Trampın Rusiya ilə bağlı yürütmək istədiyi siyasətdən imtina ediblər. Biz də öz növbəmizdə bu ənənəni davam etdirməliyik”, -Klinton deyib.

Çıxışı zamanı xanım Klinton hər hansı ciddi xəstəliyi olmadığını da təkrarlayıb. Son zamanlar KİV-də demokratlar partiyasının namizədinin səhhəti ilə bağlı ciddi problemi olduğu yazılır. Jurnalistlər xanım namizədin daimi olaraq şpritslə müşayiət edən şəxsdən bəhs ediblər.

Bizimxeber.az 

 

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə