bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Putin öz maaşını artırdı

1360 oxunma | Tarix: | 1 həftə öncə

Rusiya prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedyevin maaşı 1 oktyabrdan bəri artırılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Prezident və Baş nazirin məvacibləri 4,3% artıb. 

Maaş artımı barədə qərar Baş nazirin köməkçiləri, İstintaq Komitəsinin rəhbəri, Baş Prokuror, Mərkəzi Seçki Komissiyasının sədri, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi, diplomatik nümayəndəliklərin işçilərinə də şamil edilib.

XƏBƏRLƏR:  490 nəfər saxlandı - Onlar arasında uşaqlar da var

Qeyd edək ki, Vladimir Putinin nə qədər maaş alacağı barədə məlumat verilməyib. Ölkə rəhbərinin aylıq məvacibi 2018-ci ilin əvvəllərində 741 min rubl idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir