Putin, Merkel və Olland telefonla danışdılar
Putin, Merkel və Olland telefonla danışdılar
12 Oktyabr 2016 / 22:12 / Baxış sayı: 1192
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya prezidenti Vladimr Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Söhbət zamanı Suriya böhranı müzakirə edilib, terror təhlükəsinə qarşı mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.

“Rusiya prezidenti ümidvar olduğunu bildirib ki, oktyabrın 15-də Lozannada keçirilməsi nəzərdə tutulan Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri, regionun bir sıra ölkə nümayəndələrinin də iştirak edəcəyi görüşdə Suriyada münaqişənin nizamlanması baxımından məhsuldar olacaq”, məlumatda deyilir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə