Putin bir zarafatı ilə bütün dünya gündəmini alt-üst etdi – VİDEO
Putin bir zarafatı ilə bütün dünya gündəmini alt-üst etdi – VİDEO
26 Noyabr 2016 / 9:15 / Baxış sayı: 2052
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya prezidenti Vladimir Putin istedadlı uşaqlarla zaraftlaşıb.
Prezident uşaqlara coğrafiya üzrə bir neçə sual verib və onları imtahan edib.
Putin coğrafiya üzrə çox olimpiadaların və müsabiqələrin iştirakçıları 5 yaşlı Timofeylə və 9 yaşlı Miroslavla söhbəti zamanı maraqlı anlar yaşanıb. Putin Miroslavdan soruşur ki, Rusiyanın sərhədləri harada qurtarır. “Rusiyanın sərhədləri ABŞ sərhəddəki Berinq boğazında qurtarır…”, – deyə məktəbli cavab verib.
Buna Putinin reaksiyası isə hər kəsi güldürüb. “Rusiyanın sərhədləri qurtarmır”,- deyə putin zarafatla əlavə edib.
Rusiya dövlət başçısının bu sözləri beynəlxalq agentliklərin əsas xəbərinə çevrilib. (baku.ws)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə