Putin Bakıya gəlir
Putin Bakıya gəlir
02 Avqust 2016 / 15:05 / Baxış sayı: 1310
Font1 Font2 Font3 Font4
Bizimxeber

Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycana səfər edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, daha əvvəl avqustun 8-də Bakıda Azərbaycan, Rusiya və İran prezidentləri arasında üçtərəfli görüşün keçiriləcəyi xəbər verilmişdi.

Üç ölkə prezidentinin beynəlxalq və regional siyasətin aktual məsələlərini, xüsusilə energetika və nəqliyyat sahələrində praktiki əməkdaşlığın yaradılması perspektivlərini müzakirə edəcəyi gözlənilir.

Bakıda olduğu müddətdə V.Putinin Azərbaycan və İran liderləri ilə ayrı-ayrılıqda ikitərəfli danışıqlar aparacağı da planlaşdırılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə