Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Putin ad gününü harada və necə keçirəcək?

2247 oxunma | Tarix: | 2 ay öncə

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də öz ad gününü təbiət qoynunda doğma və yaxınlarının əhatəsində keçirəcək. TASS xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dimitri Peskov deyib.

Bu il Vladimir Putinin 67 yaşı tamam olacaq. O, çox vaxt həmin gün dövlət tədbirlərində iştirak edir. 2017-ci ildə RF prezidenti Soçi şəhərində Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirmişdi.

XƏBƏRLƏR:  Rəqqasə Aygündən yaşlı qadına hörmətsizlik - VİDEO

2016-cı il oktyabrın 7-də Putin heç bir tədbirdə iştirak etməmiş, bundan öncəki il Gecə Xokkey Liqasında buz üzərinə çıxmış, 2014-cü ildə isə istirahət götürərək ad gününü sivilizasiyadan uzaqda – Sibir tayqasında qeyd etmişdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir