Putin Ərdoğandan danışdı
Putin Ərdoğandan danışdı
02 Sentyabr 2016 / 15:41 / Baxış sayı: 890
Font1 Font2 Font3 Font4
Bizimxeber

Moskva Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə münasibətlərin hərtərəfli bərpasında açıq-aydın maraqlı olduğunu görür.

Bu barədə “Bloomberg”ə müsahibəsində Rusiya prezidenti Vladimir Putin bildirib.

“İlk növbədə, Türkiyənin məlum insidentə, vətəndaşımızın ölümünə görə birbaşa, heç nə uydurmadan üzr istəməsini nəzərə alırıq. Biz bu addımı yüksək qiymətləndiririk. Prezident Ərdoğan buna getdi və biz Türkiyə prezidentinin Rusiya ilə münasibətlərin hərtərəfli bərpasında maraqlı olduğunu müşahidə edirik”, – deyə Rusiya dövlət başçısı vurğulayıb.

O, Rusiya və Türkiyənin həm Qara dəniz regionunda, həm qlobal planda, həm də Yaxın Şərq regionunda bir çox ortaq maraqlarının olduğunu qeyd edib.(“Report”)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə