“Profil”in əməkdaşı üzrxahlıq edib
“Profil”in əməkdaşı üzrxahlıq edib
01 Dekabr 2016 / 17:23 / Baxış sayı: 652
Font1 Font2 Font3 Font4
Bizimxeber

İşğal olunmuş ərazilərimizə qeyri-qanuni səfər etmiş Avstriya vətəndaşı, “Profil” jurnalının əməkdaşı Martin Ştaudinqer Xarici İşlər Nazirliyinə məktubla müraciət edib. O, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”na daxil olunmamasını xahiş edib.

XİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məktubunda Martin Ştaudinqer Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini bildirib, işğal olunmuş ərazilərə qeyri-qanuni səfərinin həmin ərazilərin beynəlxalq hüquqa əsasən Azərbaycan Respublikasının tərkib hissəsi olduğunu şübhə altına almadığını vurğulayıb. O, Azərbaycan dövlətinin bu səfəri qanunsuz hesab etməsindən məlumatlı olduğunu qeyd edib, buna görə üzr istədiyini bildirib.

Martin Ştaudinqerin media nümayəndəsi olmasını və müvafiq müraciətini nəzərə alaraq, onun adının arzuolunmaz şəxslər siyahısına daxil edilməməsinə dair qərar qəbul edilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə