Problemli kreditlər durmadan artır
Problemli kreditlər durmadan artır
07 Noyabr 2016 / 11:33 / Baxış sayı: 638
Font1 Font2 Font3 Font4
Bizimxeber

 

Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il oktyabrın 1-nə 1 597,3 mln. manat təşkil edib və bununla da yeni tarixi rekord müəyyənləşdirib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,3% və yaxud 4,4 mln. manat çoxdur.  Problemli kreditlər ilin əvvəlinə nisbətən 5,9%, illik müqayisədə isə 18% artıb.

Sentyabrın sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 9,5% olub. Bu nisbət avqustun sonunda da 9,5%, 2015-ci ilin sonunda 6,9%, ötən ilin sentyabr ayının sonunda isə 7,1% olub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə