Prezidentlər telefonla danışdı
Prezidentlər telefonla danışdı
09 Noyabr 2016 / 22:07 / Baxış sayı: 338
Font1 Font2 Font3 Font4
Bizimxeber

Petr Poroşenko Azərbaycan Prezidentini Ukraynaya rəsmi səfərə dəvət edib.

Ukrayna Prezidenti Petr Poroşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.

Bizimxeber.az Report-a istinadən xəbər verir ki, Petr Poroşenko Azərbaycan Prezidenti İlham Əliyevi 9 noyabr Dövlət Bayragı Günü münasibətilə təbrik edib.

Tərəflər danışıqlar zamanı iyulun 14-də Bakıda keçirilmiş görüşün nəticələrindən məmnunluqlarını ifadə ediblər. Ukraynanın dövlət başçısı Azərbaycan Prezidentinə bu ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.

Dövlət başçıları həmçinin BMT və digər beynəlxalq təşkilatlarda koordinasiya və qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Petr Poroşenko İlham Əliyevi Ukraynaya rəsmi səfərə dəvət edib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə