Prezidentin yaxın adamı intihar etdi
Prezidentin yaxın adamı intihar etdi
23 Sentyabr 2016 / 12:49 / Baxış sayı: 1030
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dünən Rusiya prezident administrasiyasının idarələrindən birinin rəhbəri olan Dmitri Kryukovun cəsədi ofisində  tapılıb. Publika.az xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə “İnterfax”a bildirib. “Dünən gecə Arbat küçəsində yerləşən inzibati binanın ofislərindən birində güllə yarası alan kişinin meyiti aşkar edilib”, – agentliyin həmsöhbəti deyib.

Onun sözlərinə görə, polis onun Rusiya prezident administrasiyasının idarəsi olan “Prezident-Servis”in 45 yaşlı baş direktoru Dmitri Kryukov olduğunu bildirib.

Polis hadisə yerindən onun yazdığı qeydi tapıb. Dmitri Kryukovun intihar etdiyi məlum olub. O, ölümündə heç kəsin gunahlandırılmamasını istəyib. Onun intiharının səbəbləri haqqında hələ heç nə məlum deyil.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə