Prezidentin ölümü haqda şaiyələri Lola yayır? RUSİYA MƏNBƏLƏRİ
Prezidentin ölümü haqda şaiyələri Lola yayır? RUSİYA MƏNBƏLƏRİ
31 Avqust 2016 / 11:08 / Baxış sayı: 788
Font1 Font2 Font3 Font4
Bizimxeber

Özbəkistan prezidenti İslam Kərimovla bağlı vəziyyət hələ də qeyri-müəyyən olaraq qalır. Onun öldüyü haqda bir neçə mənbə tərəfindən yayılan xəbərlər hələ rəsmən təsdiq olunmayıb. Bununla belə Özbəkistanda Müstəqillik Günü ilə bağlı bayram tədbirləri və digər mərasimlər təxirə salınıb. Bu gün baş nazir Şövkət Mirzəyev deputatların müşaiyəti ilə Daşkənddə Müstəqillik meydanına çiçək qoyublar. Ənənəvi olaraq bu mərasimə prezident İslam Kərimov qatılırdı.

“İzvestiya” qəzeti isə Özbəkistanın hakimiyyət dairələrinə istinadən belə xəbər yayıb ki, prezidentin öldüyü haqda şaiyələri onun kiçik qızı Lola Kərimova-Tillayeva yayıb. Bununla belə yüksək rütbəli mənbə Lolanın bunu hansı məqsədlə etdiyini dəqiqləşdirməyib. Mənbə onu deyib ki, Lolanın bu məsələdə birbaşa marağı yoxdur. Çünki o, İslam Kərimovun yerinə namizəd deyil.

“İslam Kərimov süni tənəffüs aparatına qoşulub, lakin bu, bir neçə günün məsələsidir. Prezidentin vəfatından sonra onun ailəsinin üzvlərini hakimiyyətə yaxın buraxmayacaqlar. Kərimovun bir qızı Gülnara Londonda ev dustağıdır, digər qızı Lolaya isə güc strukturları heç bir hakimiyyət verən deyil”-mənbə izah edib. O, deyib ki, prezident postuna əsas namizəd Şövkət Mirzəyevdir.

Lola Kərimova isə özünün İnstagram səhifəsindən özbək xalqını Müstəqillik Günü ilə bağlı təbrik edib. Habelə özbək xalqına atasının tezliklə sağalması üçün arzularına görə minnətdarlıq bildirib.

Daşkənddə isə qəribə hadisələr baş verir. Müstəqil jurnalist Aleksey Voloseviç bildirib ki, bir neçə gün əvvəl İslam Kərimovun yerləşdirildiyi xəstəxananın ətrafındakı təhlükəsizlik kordonu götürülüb. Bu isə görünməmiş hadisədir və  o mənanı verə bilər ki, Kərimov artıq xəstəxanada yoxdur.

Daşkənd bazarlarından birində isə İslam Kərimovun öldüyü haqda danışan müştərini butulkalarla atəşə tutublar. Xəbərə görə həmin müştəri bazarda yüksək səslə bildirib ki, prezident ötən gecə saat 2-də keçinib. Bunu eşidən satıcılar mineral su butulkalarını ona tərəf atıblar, hədələyiblər ki, səsini kəsməsə və şaiyə yaymağı dayandırmasa qıçlarını sındıracaqlar.

Bu arada Müstəqillik Günü ilə bağlı xarici dövlət başçıları İslam Kərimovun adına teleqramlar göndəriblər. Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin adı bu siyahıda hələ yoxdur…

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə