Prezidentin İspaniyadakı villasının görüntüləri yayıldı -VİDEO
Prezidentin İspaniyadakı villasının görüntüləri yayıldı -VİDEO
15 Noyabr 2016 / 10:16 / Baxış sayı: 1676
Font1 Font2 Font3 Font4
Bizimxeber

İspaniyanın cənub sahili Costa del Solda – Esteponada Avropanın ən gözəl kurortları və dəbdəbəli villaları yerləşir. Bu villaların sahibləri Hollivud aktyorları, idman superulduzları və ya siyasi elita nümayəndələridir.
Ancaq bu daşınmaz əmlak sahibləri arasında bir dövlət başçısı da var. Azadlıq Radiosunun Ukrayna Xidmətinin “Sxemlər” adlı araşdırmasına görə, bu, Ukrayna prezidenti Petro Poroshenkodur.
Araşdırmaya görə, Ukrayna prezidenti Petro Poroshenkonun, onun bir vaxtlar biznes tərəfdaşı olan, indi isə Poroshenko blokunun sədr müavini olan İhor Kononenkonun və Ukraynanın Milli Təhlükəsizlik Şurasının katib müavini Oleh Hladkovskynin bu İspaniya mülkləri gizli saxlanırdı.İndi isə məlum olur ki,onların hər birinin İspaniya sahillərində villası var, Kononenkonun isə bundan başqa bir torpaq sahəsi də var.
Oktyabrın 30-da Ukrayna məmurları gəlir bəyannamələrini açıqlayanda bu mülklər həmin bəyannamədə yer almayıb.
Yeri gəlmişkən, həmin gəlir bəyannaməsini Ukrayna məmurları Beynəlxalq Valyuta Fondunun təzyiqi ilə açıqlayır.
Azadlıq Radiosunun araşdırmasında deyilir ki, korrupsiya Ukraynada kəskin problem olaraq qalır. Məhz korrupsiyanın yaratdığı vəziyyət 2004-2005-ci illərdə Narıncı inqilaba,illər keçəndən sonra isə Maydan inqilabına gətirdi.
“Sxemlər” araşdırmasının əldə etdiyi sənədlərə görə, Poroshenkonun Feruvita S.L. adı ilə qeyddiyyatdan keçmiş villası Estepona sahilillərindədir. Poroshenko bu villanı 2008-ci ildə Ukrayna Milli Bankının Şurasının sədri olanda alıb. Maliyyə sənədlərinə görə, 1254 kv metr sahəsi olanikimərtəbəli villanın qiyməti 4 milyon avro dəyərində qiymətləndirilir.
Kononenko və Hladkovsky-nin villaları Poroshenkonun villasının yaxınlığındadır.
İspaniyada bağ qonşuları Poroshenkonu gördüklərini təsdqiləyirlər. Bağbanı həm də Poroshenkonun bağında işləyən bir yerli sakin “Sxemlər”-in jurnalistinə deyib ki,“Poroshenko iki günlüyə gəlmişdi”.
Mart ayında Ukrayinska Pravda saytı Poroshenkonun İspaniyada aptekdə dərman alarkən və ağ Porşeyə minib gedərkən fotolarını yaydı.
Həmin vaxt sayt Poroshenkonun güman olunan İspaniya villasının da şəklini verdi.
Araşdırmada deyilir ki, anti-korrupsiya üzrə ekspertlərin fikrincə, bu mülklərin bəyannamələrdə göstərilməməsi onların hansı pula alınması barədə şübhələr yaradır.
Kiyevdə qərarlaşan Antikorrupsiya Hərəkət Mərkəzi adlı QHT-nin icra direktoru Daria Kalenjyuk deyir ki, Ukraynanın Korrupsiyanın Qarşısının alınması üzrə Milli Agentliyi Poroshenko, Kononenko və Hladkovsky-nin bu villaları bəyannamələrində göstərməmələrinin qanun pozuntusu olub-olmamağını müəyyən etməlidir. “Əgər bu villalar onlara məxsus şirkətlərin kommersiya fəaliyyətində istifadə olunmursa, onda bəyannamədə göstərilməlidir”.
“Sxemlər”in sualına cavab olaraq Poroshenkonun ofisi bildirib ki, Poroshenkonun sahibi olduğu fabriklər, dükanlar, inzibati tikililər və binalar, bütün bunların hamısı Korrupsiyanın qarşısının alınması haqda qanuna uyun olaraq onun bəynanaməsində əks olunub.” Poroshenkonun ofisi faktiki olaraq bildirir ki, bu villa prezidentin yox, onun şirkətinindir.
Korrupsiyanın qarşısının alınması Milli agentliyinin rəhbərinin müavini Ruslan Radetsky isə deyir ki, qanuna görə, bəyannamə verən şəxs şirkətlər vasitəsilə və ya fərdi şəkildə ona məxsus olana bütün əmlak barədə məlumat verməlidir.
Bəyannamə qanununun müəllifi Yehor Sobolyev də deyir ki, İspaniyadakı villa barədə bəyannaməsində məlumat verməyən prezident qanunu pozub. “Prezident administrasiyasının izahı ki, villanın sahibi prezident yox, onun şirkətidir, bu izah korrekt deyil”.
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə