Prezidentin ilk gedişlərinin şahmatdakı sirri – FOTO
Prezidentin ilk gedişlərinin şahmatdakı sirri – FOTO
02 Sentyabr 2016 / 17:48 / Baxış sayı: 928
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sentyabrın 2-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilib.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) edib.

Daha sonar prezident İlham Əliyev qadın şahmatçıların yarışında Rusiya idmançısı Alemsandra Kostinyuk ilə şotlandiyalı Araksamita Grant arasındakı partiyada da ilk gedişi (E2-E4) edib.

Şahmat oyununda hər bir gedişin mənası olduğundan prezidentin açılış oyunlarında etdiyi ilk gedişlərin mənası maraqlı oldu. İdman jurnalisti və həvəskar şahmat oyunçusu Ceyhun Əliyev ilk gedişlərin mənasınıQaynarinfo.Az-a belə izah etdi:

“D2-D4 gedişi qısa və anlayışlı dillə desək, strateji mübarizəyə meyilli gedişdir. Rəqibin cüzi səhvinə hesablanmış oyun vəziyyətidir. Qapalı oyunun başlanğıcıdır. E2-E4 gedişində isə ağ daşlar sanki bəyan edir ki, istənilən debütə hazıram. Qısa desək, özünü döyüşə atır. Hücum taktikası və açıq mübarizəyə köklənir”.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə