Prezidentin ailəsi “Əli və Nino” nun premyerasında – FOTOLAR
Prezidentin ailəsi “Əli və Nino” nun premyerasında – FOTOLAR
06 Oktyabr 2016 / 10:11 / Baxış sayı: 678
Font1 Font2 Font3 Font4
Bizimxeber

Oktyabrın 5-də Heydər Əliyev Mərkəzində “Əli və Nino” filminin premyerası olub.

Qaynarinfo.Az xəbər verir ki, yazıçı Qurban Səidin dünyada bestseller olan eyniadlı romanı əsasında çəkilən filmin premyerasında ekran əsərinin yaradıcı heyəti də iştirak edib. Premyera filmdə rol almış məşhur aktyorların qırmızı xalı üzərindən keçidi ilə başlayıb.

Filmin təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, layihənin rəhbəri və icraçı prodüseri Leyla Əliyeva iştirak ediblər.

Film Azərbaycanda oktyabrın 6-dan başlayaraq “CinemaPlus” kinoteatrlar şəbəkəsində nümayiş olunacaq.

Ekran əsəri Azərbaycan və ingilis dillərindədir.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə