Prezidentin 100 milyon dollarlıq mülkü – FOTOLAR
Prezidentin 100 milyon dollarlıq mülkü – FOTOLAR
16 Noyabr 2016 / 22:09 / Baxış sayı: 1736
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın yeni prezidenti Donald Trampın 100 milyon dollarlıq evi görənləri heyrətə salır.

 Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hazırda Tramp illərdir Nyu-Yorkda özünün inşa etdirdiyi “Trump Tower”in sonuncu mərtəbəsində ailəsi – birinci xanım Melania və oğlu ilə yaşayır.
66-cı mərtəbədə yerləşən lüks ev bahalı xalılar, mərmərlər, qızılı mebellərlə bəzədilib. Evin bir çox detalı qızılı örtüklə örtülüb. O, milyonlarla dollar dəyəri olan sənət əsərləri ilə zəngindir.
Bundan başqa, malikanədə yunan mifologiyasına aid xeyli detallar da var. Məsələn, eşq tanrısı hesab edilən Eros və Psychenin bürünc heykəli.
Mənzilin dekorasiyasında Fransadakı Yelisey sarayından ilham alınıb. Dizayn 14-cü əsr Luis dönəmi memarlığının nümunələri ilə zəngindir.
Qeyd edək ki, ABŞ-ın qalmaqalları ilə seçilən yeni prezidenti yanvar ayından vəzifəsinin icrasına başlayacaq. Təhvil-təslimdən sonra o, Ağ evə köçəcək.
Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə