Prezidentdən binaların təmiri ilə bağlı -Sərəncam
Prezidentdən binaların təmiri ilə bağlı -Sərəncam
06 Sentyabr 2016 / 18:40 / Baxış sayı: 750
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Prezidenti İlham Əliyev Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir: 

“1. Biləsuvar şəhərində çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə