Prezident yaşı 70-dən yuxarı ola bilər
Prezident yaşı 70-dən yuxarı ola bilər
14 Sentyabr 2016 / 11:57 / Baxış sayı: 392
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bundan başqa, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.

Bu, Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada əksini tapıb.

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib.

2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.

Artıq “yaşı 70-dən yuxarı olmayan” tələbi qanundan çıxarılıb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə