Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Prezident Teymur Rəcəbovu təbrik etdi

1899 oxunma | Tarix: | 2 ay öncə
Prezident İlham Əliyev qrossmeyster Teymur Rəcəbovu Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə təbrik edib.

“Yeni Sabah” xəbər verir ki, təbrikdə deyilir:

Əziz Teymur,

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.

XƏBƏRLƏR:  Şok! “Gilan Holding” “Qəbələ”yə sponsorluğu dayandırır

Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir