Prezident Sabirabadda respublika müşavirəsi keçirib -YENİLƏNİB
Prezident Sabirabadda respublika müşavirəsi keçirib -YENİLƏNİB
17 Sentyabr 2016 / 13:41 / Baxış sayı: 676
Font1 Font2 Font3 Font4
Bizimxeber

Sentyabrın 17-də Sabirabadda Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.  Dövlət başçısı müşavirədə giriş nitqi söyləyib.

Sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, “MKT İstehsalat Kommersiya” MMC-nin baş direktorunun müavini Bəhruz Camalov, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, “CTS Aqro” MMC-nin baş direktor əvəzi Arif İbrahimov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış ediblər.

Prezident İlham Əliyev müşavirəyə yekun vurub.

***
11:06
Sabirabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı müşavirədə nitq söyləyir.

***
10:56

Prezident İlham Əliyev Sabirabaddadır. Lent.az AzərTAc-a istinadən xəbər verir ki, ölkə başçısı İlham Əliyev sentyabrın 17-də Sabirabad rayonuna səfərə gedib.

Dövlət başçısı Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov prezident İlham Əliyevə meydanda və rayonda görülən abadlıq-quruculuq işləri barədə məlumat verib.

Prezidenti İlham Əliyev Sabirabad rayonunda Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynovanın pambıq əkini sahəsində olub. Dövlət başçısı pambıqçılarla görüşüb və söhbət edib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə