Prezident Reyqana sui-qəsd törədən adam azadlığa buraxılacaq
Prezident Reyqana sui-qəsd törədən adam azadlığa buraxılacaq
27 İyul 2016 / 19:58 / Baxış sayı: 1010
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ məhkəməsi 1981-ci ildə prezident olmuş Ronald Reyqana qarşı sui-qəsddə təqsirli bilinən Con Hinklinin psixiatriya xəstəxanasından çıxaraq Virciniya ştatında yaşamasına icazə verib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Məhkəmə bildirib ki, 61 yaşlı C.Hinkli cəmiyyətdə yaşaya bilər. O, 1981-ci ildə Vaşinqtondakı “Hilton” otelinin girişində R.Reyqana qarşı törədilən sui-qəsddən 35 il sonra bu il avqustun 5-də psixiatriya xəstəxanasını tərk edəcək.

Xatırladaq ki, o vaxt açılan 6 atəş prezidentin sinəsinə dəyib. 1982-ci ildə keçirilən məhkəmə prosesi zamanı Con Hinkli 13 maddə üzrə günahkar bilinib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə