Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Prezident Murad Köhnəqalaya ev bağışladı, lakin… (FOTOLAR)

1430 oxunma | Tarix: | 1 həftə öncə

“Cənab prezidentin bağışladığı ev BŞİH tərəfindən mənə təmirsiz, yəni podmayak vəziyyətdə verilib. Ona görə də hələ də evimə köçə bilmirəm. Hamı bilir ki, sıfırdan mənzil təmir etdirmək yeni ev tikməyə bərabər xərc tələb edir. Tanış ustalar mənzildə bəzi santexnik-elektrik işlərini görsələr də, köklü təmir etdirməyə imkanım yoxdur”. 

Bu sözləri tanınmış şair, yazıçı Murad Köhnəqala Qaynarinfo-ya açıqlamasında deyib.  

XƏBƏRLƏR:  “Rayonların su pasportu hazırlanır” - “Azərsu” sədri

Murad Köhnəqalanın sözlərinə görə o, bu barədə bir neçə dəfə Bakı Şəhər İcra Hakimiyyətinə, konkret olaraq, BŞİH şöbə müdiri Rüstəm Nəcəfova müraciət edib. Rüstəm Nəcəfov isə prezident tərəfindən hədiyyə olunan mənzillərin hamıya təmirsiz verildiyini, təmir üçün heç cür kömək edə bilməyəcəklərini bildirib.

Xatırladaq ki, bir qrup millət vəkili, alim və yazıçının müraciəti əsasında bu il iyul ayının 22-də Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında BŞİH başçısı Eldar Əzizovun sərəncamı ilə yazıçı Murad Köhnəqalaya mənzil bağışlanmışdı. Yazıçı Murad Köhnəqalaya verilən mənzilin fotoşəkillərini təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir