Prezident küçədə idman elədi – Foto
Prezident küçədə idman elədi – Foto
05 Avqust 2016 / 11:19 / Baxış sayı: 602
Font1 Font2 Font3 Font4
Bizimxeber

Perunun yeni prezidenti Pedro Pablo Kuçinski yenilənmiş Nazirlər Kabinetinin işini idman ilə başlayıb. İlk iclasdan dərhal sonra 77 yaşlı dövlət başçısı nazirləri öz iqamətgahının həyətinə dəvət edib. Siyasətçilər 2 məşqçinin müşayiəti ilə yoldan keçənlərin gözü önündə xüsusi lentlərlə idman ediblər.

Məlumat üçün bildirək ki, yaşının çox olmasına baxmayaraq Kuçinski fəal şəkildə idmanla məşğul olur. O, bunu sağlam bədəndə sağlam ruhu qorumaq üçün etdiyini deyir. Bu yolla prezident Peruda sağlam yaşamı təbliğ etmək istəyir. Bu səbəbdən Peruda məmurlar üçün hər çərşənbə idmanla məşğul olmaq məcburidir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə