Prezident Beyləqanda olan gün dəhşət: başçı işıqları kəsib, mağazaları bağladı – ÖZƏL
Prezident Beyləqanda olan gün dəhşət: başçı işıqları kəsib, mağazaları bağladı – ÖZƏL
14 Noyabr 2016 / 16:41 / Baxış sayı: 1340
Font1 Font2 Font3 Font4
Bizimxeber

Prezidentin Beyləqana səfər edəcəyini və icra başçısının bu məqsədlə tibbi işçilərinə küçələri süpürtdüyünü xəbər vermişdik

Ölkə başçısı rayona səfər etdiyi tarixdə rayon rəhbərliyi daha bir biabırçılığa imza atıb.

Həmin gün evlərə verilən elektrik enerjisi bir neçə saat kəsilib. Bundan əlavə rayondakı mağazalar və yollar da bir neçə saat bağlı olub. Buna səbəb kimi prezidentin rayona səfəri göstərilib.

Bir neçə saat belə vəziyyətin olması sakinlərə müəyyən çətinliklər yaradıb. Belə ki, sakinlər ərzaq və digər məhsulları ala bilməməklə yanaşı yolların bağlı olması səbəbindən hərəkət də edə bilməyiblər.

Bu özbaşınalığa isə rayon icra başçısı Vaqif Abdullayev təlimat verib. Onun qanunsuz əməlləri son həddə çatıb. Üstəlik, sakinlərin icra hakimindən dövlət başçısına şikayətlərini çatdırmağa imkan verilməyib. Sakinlər işıqsız qalıb, mağazalar məcburi qaydada qıfıllanıb.

Sakinlər Politika.Az-a bildirib ki, prezident xalqın yaşayışının yaxşılaşması üçün əlindən gələni edir.

Dövlət başçısı heç vaxt səfər etdiyi rayonda işığın kəsilməsi və ya yolların bağlanması, dükanların qapadılmasını istəməyib. Ancaq məmurlar özfəaliyyət dərnəyi açaraq rayonda atmosferi dəyişirlər.

Ümumiyyətlə, prezident İlham Əliyevin etimadı doğultmayan kadrı Beyləqanın icra başçısı Vaqif Abdullayev sayıla bilər.

Çünki onun adı bütün ağılasığmaz işlərdə hallanıb. Beyləqanda ən kuryoz və analoqsuz hadisələr, rəzil addımlar məhz onun rəhbərliyi altında baş verib.

Politika.Az xatırladır ki, əvvəlcə, rayonun ərazilərini qarış-qarış satan V.Abdullayev bu azmış kimi, şəhərin kanalizasiya xəttinin üstünü peşkəş edib. Azərbaycan tarixində ilk dəfə tualetin təmtaraqlı açılış mərasimi baş tutub.

Sosial şəbəkədə yayılan fotolara görə, mərasim Beyləqan rayonunda baş tutub. Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yunis Abdullayevin həbs olunması xəbəri yayıldı. Eyni zamanda, icra başçısının digər qardaşı oğlu Yalçın Abdulayev də dələduzluqda ittiham olundu.

Tibb işçiləri aramsız olaraq küçələrin süpürülüb təmizlənməsinə, küçələrdə ağacların rənglənməsinə, küçə bardorlarının və küçələrdəki işıq dirəklərinin yuyulması və rənglənməsi kimi işlərə cəlb ediliblər. Bu faktı təsdiqləyən fotolar da yayılıb. Beyləqanda tibb işçiləri daha əvvəl də pambıq yığımına cəlb olunmuşdu.

Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə