Prezident əfqanıstanlı həmkarını təbrik edib
Prezident əfqanıstanlı həmkarını təbrik edib
18 Avqust 2016 / 18:05 / Baxış sayı: 678
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu ünvanlayıb.

Bizimxeber.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

“Hörmətli cənab prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və rifah diləyirəm”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə