Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

““Porsche”yə gücləri çatmır, mənim maşınımı aparıblar”

2605 oxunma | Tarix: | 2 ay öncə

Tanınmış aparıcı Zümrüd Bədəlovanın başına iş gəlib. Bakı Nəqliyyat Agentliyindən (BNA) şikayətlənən aparıcı açıqlamasında bildirib ki, maşını xəbərdarlıq edilmədən cərimə meydançasına aparılıb: “Avtomobilimi Əziz Əliyev küçəsində saxlamışdım. Özüm isə salonda idim. İki həftədir maşınımı orada saxlayıram, bununla bağlı mənə irad bildirən olmayıb.

Məkandan çıxarkən maşını görmədim. Ətrafında onlarla maşın var idi, heç birinə dəyməyiblər. Yəqin ki, baxıb görüblər ən ucuzu budur, nömrəsi də kredit nömrəsidir. Ona görə də, mənimkini aparıblar. “Porsche”yə filan gücləri çatmayıb.

XƏBƏRLƏR:  Prezident Bilal Əliyevə ev verdi

Heç olmaya xəbərdarlıq etsinlər. Mən maşını tapmaq üçün bütün cərimə meydançalarını gəzməliyəm? Bu nə özbaşınalıqdır? Məni də görən kimi deyirlər ki, biz sizi  tanıyırıq. 20 manat cəriməmi verib çıxdım. Maşınımı Qış parkının yanındakı cərimə meydançasına aparıblar. Çəkilişə, işə gecikdim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir