Poroşenko və Tramp ikitərəfli görüş keçirəcəklər
Poroşenko və Tramp ikitərəfli görüş keçirəcəklər
16 Noyabr 2016 / 10:21 / Baxış sayı: 488
Font1 Font2 Font3 Font4
Bizimxeber
Ukrayna prezidenti Pyotr Poroşenko telefon söhbəti zamanı Donald Trampı ABŞ prezidenti postuna seçilməsi münasibəti ilə təbrik edib. Bu barədə çərşənbə axşamı Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Poroşenko və Tramp ikitərəfli görüş barədə razılığa gəlib.

Ukrayna dövlətinin başçısı Birləşmiş Ştatların yeni seçilmiş prezidentini uyğun vaxtda ölkəsinə səfərə dəvət edib.

“Poroşenko Rusiya təcavüzünə qarşı müqavimət göstərməsi və zəruri islahatların aparılması məsələsində Vaşinqtonun Ukraynanı qətiyyətlə dəstəkləməyi davam etdirməsinin vacib olduğunu vurğulayıb”, – deyə məlumatda qeyd olunub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə