Poroşenko Saakaşvilinin istefasından danışdı
Poroşenko Saakaşvilinin istefasından danışdı
08 Noyabr 2016 / 18:06 / Baxış sayı: 676
Font1 Font2 Font3 Font4
Bizimxeber

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Gürcüstanda keçirilən parlament seçkilərində tərəfdarlarını məğlubiyyətinə görə istefa verib”. 

“İnterfax-Ukraina” xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin istefasını şərh edərəkən bildirib.

Onun sözlərinə görə, noyabrın 9-da Ukrayna hökuməti M.Saakaşvilinin istefasını dəstəkləyəcək: “Bəziləri Gürcüstandakı parlament seçkilərindəki məğlubiyyətdən sonra fəaliyyət sahəsinin dəyişərək, Ukraynada daha aktiv siyasətlə məşğul olmaq qərarına gəlib”.

Qeyd edək ki, oktaybrın 8-də və 30-da Gürcüstanda parlament seçkiləri keçirilib. Ötən gün isə Ukraynanın Odessa vilayətinin qubernatoru Mixeil Saakaşvili istefa verdiyini açıqlayıb.

M.Saakaşvili Ukrayna Prezidenti Pyotr Porşenkonu yalan danışmaqda suçlayaraq, onu verdiyi sözə əməl etməməkdə ittiham edib. Qubernator ölkənin daxili işlər naziri Arsen Avakov kimi korrupsionerlərin hakimiyyətdə qalmasından bezdiyini vurğulayıb. Onun sözlərinə görə, bu məmurlar “Maydan” hərəkatı ideyalarından sui-istifadə ediblər. Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti M.Saakaşvili 2015-ci il mayın 30-da Odessa vilayətinin qubernatoru təyin edilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə