Polkovnik Ramaldanov: “Ermənistanı məhv etmək planları qurmuruq”
Polkovnik Ramaldanov: “Ermənistanı məhv etmək planları qurmuruq”
03 Noyabr 2016 / 10:08 / Baxış sayı: 1630
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Erməni general Arkadi Ter-Tadevosyanın Ermənistanın Azərbaycanı 20 dəqiqəyə büsbütün məhv edə biləcəyi ilə bağlı iddiaları tamamilə ağılsızlıq və sərxoş adamın sayıqlamasıdır. Özünə hörmət edən hərbçi sübut-dəlil göstərmədən belə bəyanat verməz”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov bu sözləri virtualaz.org üçün erməni general-mayoru, “Kommandos” ləqəbli Arkadi Ter-Tadevosyanın “Yerkramas” qəzetinə verdiyi müsahibədəki sözlərini şərh edərkən deyib.

Erməni generalı yalan danışmaqda günahlandıran Ş.Ramaldanov deyib:

“Azərbaycan heç zaman Ermənistana hücumplanı qurmayıb. İşğal altında olan torpaqlarımızın azad edilməsi bizim tarixi hüququmuzdur. Biz qaçqınları, özü də bütün millətlərdən olan qaçqınları öz yurdlarına qaytarmaq istəyirik”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə