Politoloq Zahid Orucun fikirlərini dəstəklədi -“Ermənilərin Azərbaycana buraxılması xeyrimizədir”
Politoloq Zahid Orucun fikirlərini dəstəklədi -“Ermənilərin Azərbaycana buraxılması xeyrimizədir”
28 Oktyabr 2016 / 15:31 / Baxış sayı: 1034
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Milli Məclisin sədri elə bilir ki, söz kəsməklə kiməsə və ya nəsə xeyir verir”. 

Qaynarinfo.Az xəbər verir ki bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, Zahid Oruc iclasda haqlı olaraq deyib ki, Azərbaycanın torpaq bütövlüyünə və azərbaycanlılara hörmət edən ermənilərin Bakıya gəlməsinə icazə verməliyik: “Spiker Oqtay Əsədov ona irad tutur ki,“Siz yenə gündəlikdən kənara çıxırsınız. Sonra da deyirsiniz ki, sözüm kəsilir”. Bəs yaxşı bu parlamentdə daha nədən danışılmalıdır? Onsuz da az qala ayda bir dəfə toplaşırsınız, heç olmazsa imkan verin, fəal deputatlar nəsə danışmaq imkanına malik olsunlar”.

Elxan Şahinoğlu Zahid Orucun qaldırdığı məsələni dəstəkləyib: Mən də hesab edirəm ki, ermənilər içərisində seleksiya aparılmalı, Azərbaycana loyal mövqe bəsləyənlərə həm ölkəmizə gəlməyə şərait yaratmalı, həm də onlarla dialoqu genişləndirməliyik. Bu bizə imkan verir ki, beynəlxalq aləmə göndərdiyimiz “Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına riayət edəcəkləri halda vətəndaşlıq haqlarından tam yararlana bilərlər” arqumentimiz eşidilsin”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə