Polis xidməti avtomobili aşırdı – Hadisə yerində öldü
Polis xidməti avtomobili aşırdı – Hadisə yerində öldü
17 Sentyabr 2016 / 11:26 / Baxış sayı: 506
Font1 Font2 Font3 Font4
Bizimxeber

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə səhər saatlarında Bakı-Qazax magistralının 207-ci kilometrliyində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini Asiman Mustafayev idarə etdiyi “Fiat-Doblo” markalı xidməti avtomobillə Göyçay rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.

Nəticədə avtomobilin sürücüsü Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməliyyat-axtarış üzrə müvəkkili A.Mustafayev hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə