Polis rəisinə 200 min manat “atan” qadının şikayətinə baxılır
Polis rəisinə 200 min manat “atan” qadının şikayətinə baxılır
11 Oktyabr 2016 / 10:12 / Baxış sayı: 702
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakı Apellyasiya Məhkəməsində sabiq polis rəisinə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aygün Babaşovanın apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. İlkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Aygün Babaşova 11 il müddətinə azadlıqdan məhrum olunub. A. Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manat pulu dələduzluq yolu ilə əldə edib.
Zərərçəkənlərdən Məhəmməd Məhəmmədov Şəkidə 25 il Dövlət Yol Polisi Bölməsinin rəisi olub. Aygün Babaşova biznes qurmaq adı ilə ondan 200 min manat alıb.
A. Babaşova Cinayət Məcəlləsinin 178.3.2. (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə